Fanatlar Neymarı hədələdilər

22.08.2025 18:22 6
Dünya futbolu
“Santos”da vəziyyət getdikcə pisləşir.

"Football-plus.az" xəbər verir ki, yerli azarkeşlər komandanın məşq bazasına hücum ediblər. ESPN-in məlumatına görə, fanatlar zəif nəticələrə görə futbolçuları hədələyiblər.

Neymar ön cərgələrdə aqressiv görünən azarkeşlərlə qarşılaşıb. Fanatlar ona və digər oyunçulara zərbə endirməyə çalışıblar.

Xatırladaq ki, “Santos” Braziliya A seriyasının 20-ci turunun ev oyununda “Vasko da Qama”ya 0:6 hesabı ilə məğlub olub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul