İtaliya çempionuna qoşuldu

22.08.2025 13:30 9
Dünya futbolu
“Napoli” növbəti transferini reallaşdırıb.

"Football-plus.az" xəbər verir ki, İtaliyanın son çempionu “Jirona”dan Migel Qutyerresi heyətinə cəlb edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı müdafiəçi ilə bağlanan müqavilənin detalları hələlik rəsmən açıqlanmayıb.

Qeyri-rəsmi mənbələrə görə, “Napoli” Qutyerres üçün İspaniya klubuna bonuslarla birlikdə 20 milyon avro ödəyəcək. Xatırladaq ki, Migel “Jirona”ya 2022-ci ildə “Real”dan keçmişdi.