“Bavariya”nın futbolçusu Kinqsli Komanın “Əl-Nəssr”ə transferi rəsmiləşib.
"Football-plus.az" xəbər verir ki, bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı cinah oyunçusu ilə müqavilənin müddəti 2028-ci ilin yayına qədərdi. Daha əvvəl mətbuatda “Əl-Nəssr”in Komanın transferi üçün 30 milyon avro ödəyəcəyi yazılmışdı.
Koman “Bavariya”ya ilk dəfə 2015-ci ilin yayında icarə əsasında “Yuventus”dan keçib. O, 2017-ci ilin yayında Almaniya nəhənginin daimi oyunçusuna çevrilib. Kinqsli ötən müddət ərzində bütün turnirlərdə 339 matçda iştirak edib, 72 qol vurub və 71 məhsuldar ötürmə edib.