"Neftçi" Arif Əsədovu mükafatlandırdı

16.08.2025 21:59 13
Ölkə futbolu
“Neftçi” uzun illər komandanın həkimi vəzifəsində çalışmış Boris Xetaqurova 85 illik, veteran futbolçu Arif Əsədova isə 55 illik yubileyi münasibətilə xatirə hədiyyəsi təqdim edib.

"Football-plus.az" xəbər verir ki, hədiyyələri “Neftçi”nin baş icraçı direktoru Cenk Sümer təqdim edib.

Xatirə hədiyyələri Misli premyer-liqasının 1-ci turunda keçirilən “Neftçi” – “Şamaxı” (1:1) oyununun fasiləsində təqdim olunub.