AFFA rəhbərliyi Yaşar Vahabzadəni təbrik etdi

10.04.2025 13:06 13
Ölkə futbolu
AFFA rəhbərliyi veteran futbolçu Yaşar Vahabzadəni 65 illik yubileyi münasibətilə təbrik edib.

"Football-plus.az" xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və baş katibi Cahangir Fərəcullayev Yaşar Vahabzadə ilə görüşüblər, ona cansağlığı və uğurlar arzulayıblar.

Həmçinin onlar bu münasibətlə veteran futbolçuya xatirə hədiyyəsi təqdim ediblər.