“Neftçi”nin əməkdaşları və veteran futbolçular qocalar evində

19.03.2025 16:28 9
Ölkə futbolu
“Neftçi”nin əməkdaşları və veteran futbolçular qocalar evində olublar.

"Football-plus.az" xəbər verir ki, paytaxt təmsilçisinin təşkilatçılığı ilə Sosial Xidmətlər Agentliyinin ahıl şəxslər üçün nəzərdə tutulan müəssisəsində baş tutan görüşdə veteran futbolçulardan İqor Getman, Bəxtiyar Musayev, Ədəhim Niftəliyev, Fərrux İsmayılov və Samir Əliyev iştirak ediblər.

Bayram abu-havasında keçən tədbirdə qonaqlarla sakinlər arasında maraqlı fikir mübadiləsi baş tutub, futbola aid əyləncəli sorğu aparılıb, xatirə hədiyyələri təqdim olunub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul