MY və “Bavariya”nın hədəfinə düşdü

16.08.2025 11:55 4
Dünya futbolu
“Brann”ın müdafiəçisi Eyvinn Hellann “Mançester Yunayted” və “Bavariya”nın maraq dairəsniə düşüb.

İngiltərə klubunun skautları iyul ayında “Vikinq”ə qarşı keçirilən oyunda (3:1) 20 yaşlı futbolçunu canlı izləyiblər. Münhen təmsilçisi isə oyunçunu Norveçin gənclər yığmasının matçlarında müşahidə edib. MY Hellannı 32 yaşlı Harri Maquayrın yerinə uzunmüddətli əvəzləyici kimi nəzərdən keçirir.

“Bavariya” isə onu müdafiənin mərkəzində seçim imkanlarını genişləndirmək üçün transfer etmək istəyir.

Hellann ötən mövsüm “Brann”ın heyətində 19 oyunda iştirak edib və 1 qolun ötürməsini verib. Onun klubla müqaviləsinin müddəti 2026-cı ilin sonuna qədərdi.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul