Maquayrın aqibəti müəyyənləşdi

27.03.2025 19:14 10
Dünya futbolu
Harri Maquayrın aqibəti müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, “Mançester Yunayted” rəhbərliyi onunla yolları ayırmaq qərarına gəlib.

“TEAMtalk”ın məlumatına görə, klub 32 yaşlı müdafiəçinin əvəzinə “Everton”dan 22 yaşlı Jerar Brentveyti almağı planlaşdırır.

Qeyd edək ki, MY son iki “transfer pəncərəsi”ndə Maquayrı satmaq imkanını nəzərdən keçirib. Lakin ingiltərəli futbolçunun yüksək maaşlı müqaviləsi buna mane olub. İndi isə klub gənc mərkəz müdafiəçisi almağa hazırlaşır.

Harri 2019-cu ildən MY-də oynayır. O, ötən müddət ərzində 234 oyun keçirib, 14 qol vurub və 6 məhsuldar ötürmə verib. Harrinin müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdi.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul