Portuqaliya - Azərbaycan oyununun vaxtı və stadionu

15.08.2025 23:22 21
Ölkə futbolu
21 yaşadək futbolçulardan ibarət millimizin Avropa çempionatının seçmə mərhələsində Portuqaliya ilə keçirəcəyi səfər oyununun yeri və başlama saatı müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, B qrupunun I turunda, sentyabrın 5-də, Barseluş şəhər stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22.30-da başlanacaq.

Qeyd edək ki, U-21 sentyabrın 9-da seçmə mərhələnin ikinci turunda “Dalğa Arena”da Bolqarıstan yığması ilə qarşılaşacaq.