“Barselona”nın oyunçusu “Atletiko”nun

15.08.2025 19:55 10
Dünya futbolu
“Atletiko” “Barselona”nın yarımmüdafiəçisi Mark Kasadonu hədəfə alıb.

İspaniyanın AS nəşrinin məlumatına görə, 21 yaşlı futbolçunun oyunu Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeonenin xoşuna gəlir. Kataloniya klubu Kasadonu 30 milyon avro dəyərində qiymətləndirir. Bununla belə, ispaniyalı oyunçu “Barselona”dan ayrılmaq istəmir və əsas heyətdə yer uğrunda mübarizə aparmaq niyyətindədi.

Qeyd edək ki, daha əvvəl İspaniya mətbuatının məlumatına görə, “Barselona” rəhbərliyinin hücumçu Markus Raşfordu qeydiyyatdan keçirmək üçün Kasadonun satışına razılıq verə biləcəyi iddia olunurdu.

Mark ötən mövsüm katalonların heyətində 36 oyuna çıxıb, 1 qol və 6 qolun ötürməsi ilə yadda qalıb. Onun klubla müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdi.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul