“Barselona”nı tərk edir

13.07.2025 17:55 14
Dünya futbolu
“Barselona” Pablo Torre ilə yolları ayırır.

İnsayder Fabritsio Romanonun məlumatına görə, 22 yaşlı yarımmüdafiəçi “Malyorka”ya keçəcək. “Barselona” bu transferdən 5 milyon avro qazanacaq. Kataloniya klubu gənc oyunçunun gələcək satışından 50 faiz gəlir də əldə edəcək.

Pablo Torre “Barselona”da 2022-ci ilin yayından çıxış edir.

O, ötən mövsüm komandada 14 oyuna çıxaraq 4 qol vurub və 3 qolun ötürməsini edib. Futbolçunun klubla hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdi.