“Çelsi”dən ayrıldı

14.08.2025 20:51 5
Dünya futbolu
“Çelsi” Lesli Uqoçukvunu satıb.

"Football-plus.az" xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi “Bernli”yə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Lesli ilə müddəti 2030-cu ilə qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Xatırladaq ki, Uqoçukvu ötən mövsüm “Sauthempton”da icarə əsasında çıxış edib.