UEFA Elçin Məsiyevi təltif etdi

14.08.2025 17:32 23
Ölkə futbolu
Azərbaycanlı FİFA referisi Elçin Məsiyev UEFA Superkubokunun PSJ (Fransa) – “Tottenhem” (İngiltərə) qarşılaşmasında dördüncü hakim funksiyasını yerinə yetirib.

"Foootball-plus.az" xəbər verir ki, oyunu portuqaliyalı Joao Pedro Silva Pineiro idarə edib.

İtaliyanın Udine şəhərində yerləşən “Friuli” stadionunda baş tutan görüş 2:2 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında daha dəqiq oynayan PSJ Superkubokun sahibi olub. Elçin Məsiyev bu təyinatla UEFA Superkuboku matçında iştirak edən ilk azərbaycanlı hakim kimi futbol tariximizə düşüb. Görüşdən sonra o, UEFA tərəfindən xüsusi mükafatla təltif edilib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul