Elçin Məsiyev Avropa çempionatının yarımfinalında

24.06.2025 01:53
Ölkə futbolu
FİFA referisi Elçin Məsiyev UEFA-dan növbəti dəfə təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, təmsilçimiz Slovakiyada təşkil edilən 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının yarımfinal mərhələsində bu imkanı qazanıb.

Məsiyev İngiltərə - Niderland oyununda dördüncü hakim funksiyasını yerinə yetirəcək. Qarşılaşmanın baş hakimi isə yunanıstanlı Vasilios Fotias olacaq. Matçın start fiti iyunun 25-də Bakı vaxtı ilə saat 23.00-da veriləcək.

Xatırladaq ki, Elçin Məsiyev daha əvvəl Avropa çempionatının qrup mərhələsində Çexiya - İngiltərə (1:3), Gürcüstan - Portuqaliya (0:4) matçlarını idarə edib, 1/4 finalda isə Almaniya - İtaliya görüşündə (3:2) dördüncü hakim olub.