Elçin Məsiyev UEFA Superkubokunun oyununa təyinat aldı

30.07.2025 14:36 20
Ölkə futbolu
FİFA referisi Elçin Məsiyev UEFA-dan növbəti təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

UEFA Superkubokunun PSJ (Fransa) - “Tottenhem” (İngiltərə) qarşılaşmasının dördüncü hakimi olacaq. Oyunu portuqaliyalı Joao Pedro Silva Pineiro idarə edəcək.

Görüş avqustun 13-də İtaliyanın Udine şəhərində yerləşən “Fruili” stadionunda keçiriləcək.