“Qarabağ” təsnifat mərhələlərində tarix yazmış, çox böyük və təcrübəli komandadı” – rəqibin Ronaldosu

13.08.2025 20:55 37
Aktual / Avrokuboklar
“Qarabağ” – “Şkendiya” (5:1) oyunundan sonra qonaqların aparıcı futbolçularından Ronaldo Uebster fikirlərini bölüşüb.

11 nömrəli vinger “Football-plus.az”a açıqlamasında “Qarabağ” haqda danışıb:
“Qarabağ çox yaxşı və güclü komandadı. Rəqibə hörmət edirik. Bu futboldu. Bəli, bu gün qələbə qazana bilmədik. Çünki “Qarabağ” əla futbol sərgilədi. Yenə deyirəm, onlara hörmətlə yanaşırıq. Növbəti mərhələyə hazırlaşmalıyıq. Mənim üçün fərqi yoxdu - “Ferentsvaroş”, ya da “Ludoqorets”. Hər ikisi eyni səviyyəli komandadı, böyük klubdu. Hədəfimiz Avropa Liqasıdı. Düzdü, ən azı Konfrans Liqasına vəsiqə qazanmışıq. Bu da uğur sayılır, amma əsas hədəf Avropa Liqasıdı. Hesabın surpriz olduğunu deyə bilmərəm. Düzdü, FKSB-ni məğlub etdik. Lakin “Qarabağ” təsnifat mərhələlərində tarix yazmış, çox böyük və təcrübəli komandadı”.
MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul