“Qarabağ” qruplara düşmək istəyən böyük və zəngin komandadı" - "Viktoriya"nın üzvü

6.09.2022 10:41 338
Çempionlar Liqası
"Viktoriya"nın (Plzen) üzvü Con Moskera "GolCaracol" nəşrinə müsahibə verib.

Football-plus.az xəbər verir ki, hücumçu Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirdikləri oyun haqda danışıb:

“Qruplara qalmaq üçün son rəqibimiz “Qarabağ” idi. “Qarabağ” qruplara düşmək istəyən böyük və zəngin komandadı. Səfərdə 0:0 hesablı heç-heçə etdik. Evdə onlara qalib gəldik, mən də bir assistlə qələbəyə töhfə verdim və bununla da qruplara vəsiqə qazandıq”.