"Qarabağ"ın potensial rəqibi dəqiqləşdi

9.08.2022 23:02 464
Çempionlar Liqası
"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibi dəqiqləşib.

Football-plus.az xəbər verir ki, təmsilçimiz "Ferensvaroş" səddini keçərsə, Plzen "Viktoriya"sı ilə qarşılaşacaq. Çexiya klubu 3-cü təsnifat mərhələsində Moldova "Şerif"ini mübarizədən kənarlaşdırıb - 2:1, 2:1.

Qeyd edək ki, hazırda davam edən "Ferensvaroş" - "Qarabağ" matçında komandamız 1:0 hesabı ilə öndədir.