MY ilə razılığa gəldi

9.08.2025 16:24 15
Dünya futbolu
“Mançester Yunayted” yeni transfer etməyə hazırlaşır.

İnsayder Fabritsio Romanonun məlumatına görə, İngiltərə klubu “Leyptsiq”dən Benjamin Şeşko ilə anlaşıb. 22 yaşlı hücumçu ilə müqavilənin müddəti 2030-cu ilin iyun ayına kimi nəzərdə olacaq.

Daha əvvəl İngiltərə nəhənginin Benjamin üçün 85 milyon avro təklif etdiyi xəbər verilmişdi.

Şeşko ötən mövsüm bundesliqada meydana çıxdığı 33 matçda 13 qol vurub.