Basketbol üzrə Avroliqanın 2023/24 mövsümü üçün təqvimi açıqlanıb. Yeni turnir oktyabrın 5-də start götürəcək. Gələn il aprelin 12-də yekun vurulacaq müntəzəm çempionata Rusiya klubları yenə qatıla bilməyəcək.
“Football-plus.az” xəbər verir ki, Avroliqa üçün yenilik olacaq pley-in oyunlarının aprelin 16-sı və 19-da keçiriləcəyi gözlənilir.
Apreıin 23-də start götürəcək pley-off oyunları ən geci mayın 8-də başa çatacaq. Təbii ki, hər şey seriyalarda mübarizənin gedişindən asılı olacaq.
“Dördlər finalı” isə mayın 24-26-sı aralığında Almaniyanın paytaxtı Berlində keçiriləcək.