MBA təqvimi açıqladı

18.08.2024 20:59 317
İdman
Milli Basketbol Assosiasiyası (MBA) rəsmi saytında 2024/25 mövsümünün tam təqvimini açıqlayıb.

Müntəzəm çempionat oktyabrın 22-də start götürəcək. Həmin gün “Nyu-York” – “Boston”, “Minnesota” – “Leykers” oyunları keçiriləcək.
Hər komanda müntəzəm çempionatda 80 oyun keçirəcək. MBA kuboku noyabrın 12-də start götürəcək, final oyunu isə dekabrın 17-də keçiriləcək. Müntəzəm çempionata aprelin 13-də yekun vurulacaq. Aprelin 15-18-i aralığında pley-in oyunları keçiriləcək, aprelin 19-da isə pley-off başlayacaq.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul