Klubu ilə razılığa gəldi

29.07.2025 19:58 7
Dünya futbolu
İtan Nvaneri klubu ilə anlaşıb.

“Arsenal” yeniyetmə futbolçusu ilə yeni müqavilə bağlayacaq. İnsayder Fabritsio Romanonun məlumatına görə, London klubu 18 yaşlı hücumameyilli yarımmüdafiəçiyə müddəti 2030-cu iln iyununa qədər nəzərdə tutulan sözləşmə təklif edib və o, bununla razılaşıb.

İtan “Arsenal”ın yetirməsidi. O, indiyə qədər əsas komanda ilə 39 oyuna çıxıb, 9 qol vurub və 2 məhsuldar ötürmə edib.