"Qəbələ" Şuaybu ilə vidalaşdı - rəsmi

6.08.2025 12:58 1 700
Ölkə futbolu
“Qəbələ” Abdullahi Şuaybu ilə yollarını ayırıb.

"Football-plus.az" xəbər verir ki, nigeriyalı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

2024-cü ilin yayından “qırmızı-qaralar”ın formasını geyən Şuaybu 29 oyunda 8 qol vurub.

Onun "Şamaxı"yla müqavilə imzalayacağı gözlənilir.