"Qəbələ" iki futbolçuyla vidalaşdı, Mehracı icarəyə verdi

31.01.2025 12:58 261
Ölkə futbolu
"Qəbələ" iki futbolçusu ilə yollarını ayırıb, birini isə icarəyə verib.

"Football-plus.az" xəbər verir ki, müdafiəçi Vüqar Həsənov və hücumçu Laurent Mendi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Hər iki futbolçu 2024-cü ilin yayından “qırmızı-qaralar”ın formasını geyirdi.

“Qəbələ” akademiyasının yetirməsi Mehrac Baxşalı isə icarəyə verilib. 21 yaşlı yarımmüdafiəçi qarşıdakı 1,5 ildə “Mingəçevir”in formasını geyəcək.