"Qəbələ" Urfanla vidalaşdı - rəsmi

30.07.2025 19:37 40
Ölkə futbolu
“Qəbələ” Urfan İsmayılovla yollarını ayırıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib. 2024-cü ilin yayından “qırmızı-qaralar”ın formasını geyən Urfan “Qəbələ”də keçirdiyi 27 oyunda 1 qol vurub.