"Qəbələ" legioneri ilə müqaviləyə xitam verdi

8.03.2024 13:35 220
Premyer-liqa
“Qəbələ” futbolçusu Gilad Abramovla yollarını ayırıb.

"Football-plus.az" xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

2023-cü ilin iyulundan "Qəbələ"də çıxış edən israilli futbolçu “qırmızı-qara” formada 23 matç keçirib. Gilad premyer-liqada 19, ölkə kubokunda 2, Konfrans Liqasında 2 oyunda iştirak edib.