• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qalatasaray” Osimhenə, Osimhen də “Qalatasaray”a qovuşdu - ətraflı

Dünya futbolu

4-08-2025, 09:0

Bu yay “Qalatasaray” camiəsinin bir nömrəli gündəm mövzusu olan Viktor Osimhenin transferi, nəhayət, başa çatdı.

"Football-plus.az" xəbər verir ki, nigeriyalı ulduzun yolunu böyük səbirsizliklə gözləyən fanatların ümidləri boşa çıxmadı. Ötən mövsümdəki performansı və kluba bağlılıq hissi ilə Türkiyədə hər kəsi, hətta rəqib fanatları da özünə heyran buraxan tanınmış futbolçu çoxsaylı təkliflərə baxmayaraq, karyerasını “Qalatasaray”da davam etdirmək qərarına gəldi. Bu “sabun operası”nın uğurlu yekunlaşması münasibətilə sarı-qırmızı rənglərə könül verən hər kəsi təbrik etmək olar...

4 ilə 160 milyon avro!
“Qalatasaray”lıların gözlədikləri xəbərlər çərçənbə günündən etibarən gəlməyə başladı. Həmin gün “Cim-Bom”la “Napoli” arasında aparılan danışıqların yekunlaşması və futbolçunun arxasınca Almaniyaya təyyarə göndərilməsi barədə xəbərlər gəldi. Ona görə Almaniyaya ki, Osimhen şəxsi işləri ilə bağlı həftənin əvvəlindən etibarən bu ölkəyə, daha dəqiq desək, Volfsburq şəhərinə yollanmışdı. “Qalatasaray” rəsmiləri Osimhenə zəng vuraraq “transfer bitdi, hazırlaş” deyəndən sonra 26 yaşlı ulduz “instaqram”da fanatları həyəcanlandıran paylaşımlar etməyə başladı. Onun təyyarəyə mindiyi görüntülərdən sonra bu keçidin həqiqətən də tamamlandığı bəlli oldu.

“Cim-Bom”un ən böyük fanat qrupu olan “Ultraslan” paylaşım edərək fanatları hava limanına dəvət etdi. Saat 19.05-dən etibarən isə klubun “yutub” kanalında və “GS Plus” tətbiqində Osimheni gətirən təyyarənin təqib yayını başladı. Bu yayını 2 milyondan çox insan izlədi! “Atatürk” hava limanında, gözlənildiyi kimi, əsl qələbəlik yaşandı. “Qalatasaray”ın bu tarixi transferini qarşılamaq üçün hava limanına minlərlə insan gəlmişdi. Zatən hər zaman simpatik hərəkətləri ilə diqqəti şəkən nigeriyalı burda da adından söz etdirdi və növbəti dəfə könülləri fəth etdi. Fanatlarla “üçlü çəkdirdikdən”, böyük “Qalatasaray” bayrağını yellədikdən, ilk açıqlamalarını verdikdən sonra maşınına minmək istəyərkən əlil arabasında olan iki azarkeşi gördü. Maşına minmədən həmin azarkeşlərə və onların valideynlərinə yaxınlaşan Osimhen onlarla xatirə şəkli çəkdirdi. Ertəsi tibbi müayinədən keçəndən və transferin son detallarını razılaşdırandan sonra Osimhen, nəhayət, rəsmi müqaviləyə imza atdı.

Keçidin detalları barədə əvvəlki saylarımızda bir neçə dəfə məlumat versək də, son açıqlanan rəqəmləri bir daha xatırladaq. Tərəflər arasında dördillik müqavilə imzalandı. Dünya ulduzunun Türkiyədə illik qazancı 21 milyon avro təşkil edəcək! Bu məbləğin 15 milyon avrosu maaş, 1 milyon avrosu sədaqət bonusu və 5 milyon avrosu imic haqqı təşkil edəcək. Transfer “Qalatasaray”a 75 milyon avroya başa gəlib. Rəsmi açıqlamada qeyd olunmasa da, bu məbləğin 40 milyon avrosu nəğd, qalan 35 milyon avrosu 2026-cı ilin sonuna qədər ödəniləcək. Bundan başqa, sonrakı satışdan neapollulara 10 faiz pay veriləcək.

Türkiyə mətbuatının yazdığına inansaq, nəğd verilməli olan 40 milyon avronun 25 milyon avrosu sponsor dəstəyi ilə ödəniləcək. Qısası, 4 il ərzində Osimhen üçün “Qalatasaray”ın büdcəsindən təxminən 160 milyon avro çıxacaq!

“Osimheni ucuz aldıq”
Cümə axşamı Osimhen rəsmi müqviləyə imza atdı. İmzanın ardından o, klubun rəsmi kanalına açıqlama verdi:

“Qalatasaray” ailəsinin bir parçası olduğuma görə xoşbəxtəm. Başqana təşəkkür etmək istəyirəm. Pozitiv komandaya sahibik. Mənim də səviyyəmi zatən bilirsiz. Həm komanda yoldaşlarımın, həm də mənim səviyyəmlə mühüm uğurlara imza atacağıq. Yalnız daxili turnirlərdə yox, Çempionlar Liqasında da bütün gücümüzü ortaya qoyacağıq. Düzünü desəm, özümə bu boyda marağın olacağını gözləmirdim. Almaniyada “Qalatasaray” fanatları da mənim yanımda idi. Buranı seçməyimin səbəbi bura ayaq basdığım ilk gündən xoşbəxt olmağımdı. Rəhbərlik və yönəticilər mənim indi burda olmağım üçün əllərindən gələni etdilər. Mən də bu klub və fanatlar üçün əlimdən gələni edəcəm”.
Bu transferdə böyük əməyi olan, son həftələrin böyük qismini danışıqlar masası arxasında keçirən başqan vəkili Abdulla Kavukçunu da dinləyək:
“Yanvardan etibarən hər şeyi planlaşdırmağa başladıq. İlk vaxtlar bizi yalançı piarda, süni reklamda günahlandıranlar var idi. Hətta biz “Osimhen razılıq versin yetər, pulumuz hazırdı” deyəndə də inanmırdılar. Bu pulları tapmaq üçün gecəmizi gündüzümüzə qatdıq. Gördüyünüz kimi heç bir ərazimizi, heç nəyimizi satmadan pulun qaynağını tapdıq. Borcumuzu bir il ərzində tam ödəyib bitirəcəyik. Bizi yalançı piarda günahlandıranlar, görəsən, indi hardadı? Artıq bundan sonra iş fanatlarımızın üzərinə düşür. “Qalatasaray” çox böyük camiədi. Heç kimdən pul istəmədən bu transferi tamamladıq. Osimhen özü də ilk vaxtlarda bunu bacaracağımıza inanmırdı. Viktor “Qalatasaray”da qalmaq üçün çox şeydən vaz keçdi. Böyük təkliflərdən vaz keçib “Qalatasaray”a olan sevgisini ortaya qoydu. Bu məsələdə hər kəs üzərinə düşəni artıqlamasıyla etdi. Bu transferin çox hekayəsi var. Dünya markası olmaq yolunda “Qalatasaray”ı fərqli bir yerə gətirdik”.
Baş məşqçi Okan Buruk isə bunları dedi:
“Osimhen camiəmizə xeyirli olsun. Uzun müddət bu transferi gözlədik. Mövsüm bitəndən bəri Türkiyədə hər kəs bu transferdən danışırdı. Səudiyyə Ərəbistanından gələn çox önəmli bir təklifi geri çevirdi və bizi seçdi. Bir tərəfdən Avropada baş tutan transferlərə baxanda düşünürəm ki, Osimheni ucuz aldıq. Düzdü, az məbləğ ödəmirik. Amma Osimhen səviyyəsində olmayan futbolçulara bu gün 60, 70, 80 milyon avro ödənilir”.
Prezident Dursun Özbəki də dinləyək:
“Son dönəmlərdə Türkiyənin çox yerini gəzdik. Hətta ən ucqar nöqtədə də bizə “Osimhen gələcəkmi” sualını verirdilər. Bu qədər marağa və sevgiyə səbəb olan Osimhen buna layiq idi. Biz də bu sevgini qarşılıqsız qoymadıq və onu camiəmizə qazandırmaq üçün əlimizdən gələni etdik. Ona “xoş gəldin” deyirəm və “Qalatasaray”da gözəl mövsümlər keçirməyi arzulayıram. Fanatların ondan çox şey gözlədiyini özü də bilir. Mövsümün başlamasına az qalıb. Bu mövsüm hədəfimiz ÇL-də uğurlu çıxış etməkdi”.

Son 12 ayda 4-cü rekord
Təbii ki, bu transfer açıq ara fərqlə Türkiyə futbolu tarixinə düşdü. Maraqlıdı ki, qardaş ölkədə transfer rekordu cəmi bir neçə gün öncə qırılmışdı. İyulun 13-də “Beşiktaş” Orkun Kökçünü “Benfika”dan “25+5” milyon avroya transfer etmişdi. Amma heç üç həftə ötməmiş rekord yeniləndi. İlk “3-lüy”ü ötən yay “Fənərbaxça”nın “Sevilya”dan 19,5 milyon avroya transfer etdiyi Yussef Ən-Nəsiri tamamlayır. Yenə də ötən yay “Qalatasaray”ın 18 milyon avroya “Norviç”dən aldığı Qabriel Sara isə 4-cü pillədədi. Yəni Türkiyə futbolu tarixinin ən bahalı 4 transferi son 12 ayda reallaşıb!

Ümumiyyətlə, Osimhen bu yay Avropada reallaşan ən bahalı 3-cü transferdi. Bu “pəncərə”də bir futbolçuya görə 75 milyon avrodan daha böyük məbləği hələlik yalnız “Liverpul” ödəyib. “Qırmızılar” Florian Virtsi “Bayer-04”dən 125 milyon avroya, Uqo Ekitikeni isə “Ayntraxt”dan 95 milyon avroya transfer edib. Yəni “böyük beşliy”i saymasaq, bu yay ən bahalı transferi məhz “Qalatasaray” reallaşdırıb.

Ümumilikdə “böyük beşlik” ölkələrini bir kənara qoysaq, tarixdə Osimhendən bahalı cəmi iki keçid reallaşıb! Hər ikisi də Səudiyyə Ərəbsitanında. Belə ki, “Əl-Hilal” Neymarı 90 milyon avroya, “Əl-Nəssr” də artıq “Fənərbaxça”da olan Con Duranı 77 milyon avroya heyətinə qatmışdı.

Osimhenin keçidinə hətta əzəli rəqib “Fənərbaxça” rəhbərliyi də biganə qala bilməyib. Transfer tamamlanandan sonra “Qalatasaray”ın rəsmi sosial şəbəkə səhifələrində buna aid ardıcıl bir neçə paylaşım edildi. Onlardan birinə “layk” qoyanlar arasında isə “Fənər”in vitse-prezidenti (!) Həmdi Akın da var idi. Bu olay sosial şəbəkələrdə futbolsevərlər arasında müzakirələrə səbəb oldu. Həmdi Akının bunu bilərəkdən edib-etmədiyi bilinməsə də, bu olay daim xatırlanacaq.

Bu arada “Qalatasaray” dərhal Osimhenin populyarlığı və fanatlar tərəfindən sevilməsi sayəsində ona ödənilən məbləğin müəyyən qismini geri qaytara bilmək üçün addımlar atmağa başlayıb. Məsələn, İtaliya mətbuatında Osimhen barədə yazılarda tez-tez “hər şey “Qalatasaray” üçün” mənasını verən “Solo İl Gala” ifadəsi istifadə olunurdu. Bu söz sanki Osimhenin vizit vərəqinə çevrildi. İndi İstanbul nəhəngi “Solo İl Gala Osimhen” adı ilə hazırlanan və 9999 lirə (təxminən 418 manat) qiyməti olan xüsusi qutular satışa buraxıb. Müəyyən sayda satışa çıxarılan qutuda Osimhenə aid atributlar yer alır. Söhbət onun formasından, maskasından və şərfindən gedir. Ancaq rəhbərliyin gəlirlə bağlı əsas ümid yeri forma satışıdı. Bir aydan artıqdı bununla bağlı hazırlıq gedirdi. Xüsusi olaraq Osimhen üçün hazırlanan 100 min forma rəsmi dükanlarda ən qısa müddətdə satışa buraxılacaq. Özü də bir formanın qiyməti 9 min lirə (təxminən 376 manat), yəni adi formadan iki dəfə baha olacaq! Fanatlar bu xüsusi formalara gözlənilən marağı göstərsələr, “Qalatasaray” təkcə bu layihədən 20 milyon avro qazanacaq.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

31-07-2025, 10:0

''Qalatasaray'' Osimhenə qovuşdu!

Dünya futbolu

14-05-2025, 10:0

Osimhen ''Qalatasaray''a həm xallar qazandırır, həm də pullar

Dünya futbolu

4-06-2025, 15:0

Osimhen yeni klubunda ''Real''a qarşı oyunda debüt edəcək?

Dünya futbolu

29-07-2023, 14:0

''Qalatasaray'' İkardiyə qovuşdu

Dünya futbolu

11-07-2025, 23:0

Osimhendən ''Qalatasaray''la bağlı yeni paylaşım

Dünya futbolu

10-02-2025, 10:0

''Osimhen bu qış ''Qalatasaray''da qalmaqla düzgün addım atdı''

Aktual
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
Son xəbərlər
  • Dünən, 23:58
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • Dünən, 23:26
    A seriyasında istefa
  • Dünən, 22:56
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 22:35
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • Dünən, 22:14
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 21:43
    Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
  • Dünən, 21:12
    Yunanıstan karyerası 7 ay çəkdi
  • Dünən, 20:41
    AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
  • Dünən, 20:10
    Madridi tərk edəcək
  • Dünən, 19:40
    Romadan Berqamoya üz tutacaq
  • Dünən, 19:09
    İspaniya klubunda istefa
  • Dünən, 18:31
    UEFA "Turan Tovuz"la bağlı qərarı təsdiqlədi - detallar
  • Dünən, 18:00
    Milli komandada yeni müqavilə
  • Dünən, 17:30
    AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
  • Dünən, 16:44
    Premyer-liqada hamını arxada qoydu
  • Dünən, 16:03
    "Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
  • Dünən, 15:32
    Bütün həmkarlarını arxada qoydu
  • Dünən, 15:01
    Karyerasını başa vurdu
  • Dünən, 14:30
    “Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
  • Dünən, 13:59
    Milli komandada yeni anlaşma
  • Dünən, 13:28
    U-20 millimizin rəqibi müəyyənləşdi
  • Dünən, 12:57
    İtaliya paytaxtını tərk etmədi
  • Dünən, 12:26
    Millimiz Serbiya ilə üz-üzə - AÇ
  • Dünən, 11:55
    ''Monako'' yenə məşqçisinə görə cərimə ödəməli olacaq
  • Dünən, 11:34
    Azərbaycan – Macarıstan matçının hakimləri
  • Dünən, 11:13
    Koxalski ilə Zubir ÇL-nin ən yaxşıları arasında
  • Dünən, 10:52
    “Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
  • Dünən, 10:31
    Levandovski İstanbul nəhənginə gəlir? - Həyat yoldaşı da təsdiqlədi
  • Dünən, 10:00
    UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
  • 2-06-2026, 23:0
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • 2-06-2026, 23:0
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • 2-06-2026, 22:0
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • 2-06-2026, 22:0
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • 2-06-2026, 21:0
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • 2-06-2026, 21:0
    Burak Yılmaz Fransaya yollanır?
Daha çox
Oxunub: 407
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 209
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 199
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 187
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 168
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə