"Qəbələ"də növbəti ayrılıq - rəsmi

27.06.2025 14:40 195
Ölkə futbolu
“Qəbələ” Elvin Yunuszadə ilə yollarını ayırıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Müdafiəçi ilə 2024/25 mövsümünün sonunda başa çatan müqavilə uzadılmayıb. 2024-cü ilin yayından “qırmızı-qaralar”ın formasını geyən Elvin “Qəbələ”də 22 oyun keçirib.

Xatırladaq ki, "Qəbələ" daha öncə Emil Süleymanov ("Şamaxı", icarə), Müşviq Nadirov, Samir Həsənov, Ruslan Voronsov, İbrahim Ramazanov, Oçe Oçoveçinlə də yollarını ayırıb.