UEFA-dan Elçin Məsiyevə növbəti təyinat

23.01.2023 11:59 274
Ölkə futbolu
Azərbaycanın FİFA referisi Elçin Məsiyev UEFA-dan növbəti dəfə təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Məsiyev Gənclər Liqasının pley-offunda Polşada "Rux" (Lvov, Ukrayna) - "İnter" (İtaliya) matçını idarə edəcək. Ona yan xətt hakimləri qismində Rəhman İmani və Vüsal Məmmədov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə polşalı Yatsek Malişek yerinə yetirəcək.

Qeyd edək ki, fevralın 8-də oynanılacaq "Rux" - "İnter" matçı Bakı vaxtı ilə saat 17.00-da başlayacaq.