"Zirə"nin UEFA-ya göndərdiyi iştirak ərizəsində dəyişiklik

23.07.2025 09:04 7
Ölkə futbolu
“Zirə”nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Hayduk"la (Xorvatiya) qarşılaşacağı matç üçün UEFA-ya göndərdiyi iştirak ərizəsində dəyişiklik edilib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Siyahıda Vinsent Tilli Yeqor Boqomolski əvəz edib.

Bundan başqa "qartallar" B listini də əlavə edib. Siyahıda Səlim Həşimov, Yusif Hacıyev, Ramiz Muradov, Əhliman Süleymanzadə yer alıb.