Vinsent Till "Zirə"də - rəsmi

8.07.2025 19:15 23
Ölkə futbolu
"Zirə” heyətinə yeni futbolçu cəlb edib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komanda Vinsent Tilli heyətinə qatıb. Luksemburqlu futbolçuyla "1+1" illik müqavilə bağlanılıb. 25 yaşlı oyunçu karyerası ərzində Fransanın “Mets”, “Pau”, “Orleans”, Portuqaliyanın “Nasyonal”, İsveçin “Örebro”, AİK klublarının şərəfini qoruyub.

Luksemburq yığmasının da üzvü olan Till son olaraq Azərbaycanda “Sabah”da çıxış edib.