“Zirə”nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Hayduk”un futbolçusu Dominik Prpiç “Portu”ya (Portuqaliya) transfer olunub.
"Football-plus.az" xəbər verir ki, bu barədə Xorvatiya klubunun mətbuat xidməti məlumat yayıb.
21 yaşlı müdafiəçi “Hayduk”un yetirməsidi. O, komandanın heyətində 50 rəsmi matça çıxıb və 2 məhsuldar ötürmə edib.
Qeyd edək ki, “Zirə” ilə “Hayduk” arasında ilk matç iyulun 23-də Bakıda keçiriləcək və saat 19.30-da başlayacaq. Komandalar arasında cavab görüşü isə iyulun 31-də Xorvatiyada olacaq.