“Kəpəz”in yeni sponsoru rəsmən açıqlandı

23.07.2025 09:53 22
Ölkə futbolu
“Kəpəz”in yeni baş sponsorunun adına rəsmən aydınlıq gəlib.

"Football-plus.az" xəbər verir ki, bu, “Unibank” olub.

Bankın yaydığı məlumatda deyilir:
“Unibank Gəncənin qüruru, Azərbaycan futbolunun əfsanəsi - “Kəpəz” Futbol Klubunun sponsoru oldu! Bu sadəcə bir klub dəstəyi deyil - bu, Gəncədə yenidən alovlanan futbol həyəcanına, tribunaları dolduran coşquya, gənclərin qəlbində boy atan idman ümidlərinə verilən böyük bir nəfəsdi".