AFFA və PFL sponsor axtarır

26.07.2022 16:44 546
Aktual / Ölkə futbolu
AFFA və PFL Azərbaycan premyer-liqasına və ölkə kuboku üçün titul sponsoru axtarışına çıxıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Məlumatda belə deyilir:

"Azərbaycan premyer-liqasının və Azərbaycan kubokunun 2022/2023-cü illər mövsümünün titul sponsoru adına sahib olmaq istəyən şirkətlər Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Peşəkar Futbol Liqasına müraciət edə bilər.

Müraciətləri 29 iyul 2022-ci il saat 15.00-a qədər AFFA-nın və PFL-in elektron poçt ünvanlarına göndərmək olar".