Fərid Nəbiyev "Kəpəz"lə müqavilə bağlayıb? - Meneceri açıqladı

5.07.2022 18:26 640
Premyer-liqa / Manşet
Fərid Nəbiyev 10 gündən çoxdu Çexiya "Viktoriya"sından ayrılsa da, yeni klubunun adına aydınlıq gəlməyib.

Onun hazırda "Kəpəz"in heyətində “Dalğa Arena”da təlim-məşq toplanışlarında iştirak etdiyi deyilir. Bunu dəqiqləşdirmək üçün Fəridin meneceri Vaqif Heydərliylə əlaqə saxladı. Onun “Football-plus.az” saytına söylədikləri belə oldu:

"Fəridə Azərbaycan premyer-liqasından bir neçə təklif vardı. Amma onun xidmətində ən maraqlı olan "Kəpəz"di. Sabah bütün məsələlərə aydınlıq gələcək".


ABDULLA İSMAYILOĞLU