“Neftçi”nin Polşada ikinci sınağı

22.07.2025 10:36 10
Ölkə futbolu
Polşada təlim-məşq toplanışında olan “Neftçi” bu gün növbəti yoxlama oyununa çıxacaq.

"Football-plus.az" xəbər verir ki, Samir Abasovun komandası yerli “Termalika" klubu ilə qarşılaşacaq.

Ekstaklasa təmsilçisi ilə oyun Bakı vaxtı ilə saat 13.30-da başlayacaq.

Xatırladaq ki, “Neftçi” Polşa toplanışında bundan əvvəl “Hapoel" (Təl-Əviv, İsrail) ilə heç-heçə edib. Komanda iyulun 27-də Yunanıstan “Asteras”ı və 1 avqustda Cənubi Kipr AEL-i ilə qarşılaşacaq.