"Qarabağ"ın son iki sınağı

18.01.2023 10:37 248
Premyer-liqa
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qarabağ" bu gün iki yoxlama oyunu keçirəcək.

Football-plus.az xəbər verir ki, Qurban Qurbanovun komandası ilk olaraq Serbiyanın Superliqa təmsilçisi "Çukariçki" klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 12 00-da başlayacaq.

Ağdam təmsilçisi günün ikinci görüşündə Polşanın yüksək liqa təmsilçisi "Poqon"ıa qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 17.30-da start götürəcək.