"Neftçi" İsrail və Polşa klubları ilə qarşılaşacaq

14.07.2025 12:53 33
Ölkə futbolu
“Neftçi”nin Polşa toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı daha iki rəqibi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, "ağ-qaralar” iyulun 17-də İsrailin “Hapoel Təl-Əviv”, ayın 22-də isə Polşanın “Termalitsa Nyeçetşa” klubu ilə qarşılaşacaqlar.

Qeyd edək ki, təlim-məşq toplanışına iyunun 25-də başlayan “Neftçi” hazırlığın ilk hissəsini iyulun 14-dək Bakıda keçirib. Toplanışın ikinci mərhələsi isə iyulun 15-dən avqustun 2-dək Polşanın Keltse şəhərində təşkil olunacaq.

“Binkovski Hotel”də məskunlaşacaq komandanın digər yoxlama görüşləri iyulun 27-də “Asteras Tripolis” (Yunanıstan), avqustun 1-də isə AEL (Cənubi Kipr) klubuna qarşı olacaq.