Amorim “Amazon”un təklifinə

22.07.2025 20:24 22
Dünya futbolu
"Mançester Yunayted" "Amazon"un klub haqqında sənədli film çəkmək təklifindən imtina edib.

Mançester təmsilçisi ötən mövsümün ikinci yarısında bir neçə ay ərzində tanınmış televiziya şəbəkəsi ilə gizli danışıq aparıb.

"The Athletic"in məlumatına görə, çəkilişlərə 2025/26 mövsümündən başlamaq təklif olunub və film heyətinə komandanın daxilinə, demək olar ki, tam giriş hüququ verilməsi nəzərdə tutulub. "Amazon" bu razılaşma üçün 10 milyon funt sterlinqdən çox pul təklif edib – bu, daha əvvəl “Arsenal”, “Mançester Siti” və “Tottenhem”lə çəkilən “Hamısı və ya heç nə” sənədli serialları arasında rekord məbləğdi.

“Mançester Yunayted”in sahibləri, INEOS şirkəti, klubun kommersiya şöbəsi və baş direktor Omar Berrada sövdələşməyə razı olub. Çünki “qırmızı şeytanlar”ın borcu 700 milyon funtdan çoxdu, avrokuboklara da qatılmayacaq deyə pula ehtiyac duyur.

Lakin "Amazon"la danışıqlar, əsasən, baş məşqçi Ruben Amorimin mövqeyinə görə dayandırılıb. O, çəkiliş qrupunun komandadaxili mühitə mümkün müdaxiləsindən narahat olduğunu, çəkilişlərin futbolçuları əsas işindən yayındıracağını bildirib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul