Yamal da müqaviləsini yenilədi

3.06.2025 23:56 20
Dünya futbolu
“Barselona”da aparıcı futbolçuların müqaviləsinin yenilənməsi prosesi davam edir.

Rafinyadan sonra Lamin Yamal da yeni sənədə qol çəkib.

Onun əvvəlki müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər idi. “Barselona”nın mətbuat xidmətinin məlumatına görə, 17 yaşlı vinger prezident Xuan Laporta, vitse-prezident Rafa Yuste, idman direktoru Deku Souza və digər şəxslərin iştirakı ilə klubun ofisində yeni müqaviləni imzalayıb. Yeni sözləşmənin müddəti 2031-ci ilin iyununa qədərdi.

Lamin yenicə başa çatan mövsümdə “Barselona”nın heyətində 55 oyuna çıxaraq 18 qol vurub və 25 məhsuldar ötürmə verib.