Azər Həşimov “Karvan” haqda nə dedi?

17.07.2025 15:55 54
Ölkə futbolu / Aktual
“Karvan”ı yeni mövsümdə kimin çalışdıracağı məlumdu. Klub sosial şəbəkə hesablarında Azər Həşimovla müqavilə bağlandığını xəbər verib. Əslində bunu klubun vitse-prezidenti Kənan Kərimov iyulun 9-da “Football-plus.az”a açıqlamasında demişdi.

A kateqoriyalı məşqçi Azər Həşimovla əlaqə saxladıq. Baş məşqçi "Football-plus.az"a açıqlamasında iyulun 4-dən komandaya qoşulduğunu bildirdi. Qeyd edək ki, Həşimov “Karvan”la birillik müqavilə imzalayıb.

MÜZƏFFƏR QULUZADƏ