“Football-plus.az” ötən mövsüm baş məşqçi kimi komandanı elitaya yüksəldən Kənan Kərimovdan mövcud durum barədə soruşub:
“Hazırda klubda iki vəzifəni icra edirəm – həm baş məşqçi, həm də vitse-prezidentəm. Yaxın günlərdə klubumuzun prezidenti Şahmar Vəliyevlə görüşəcəyik. Prezidentimiz hansı işi icra edəcəyimizi məsləhət görsə, biz də onu edəcəyik”.
Kənan Kərimov Azər Həşimovla bağlı xəbərlərdə də aydınlıq gətirdi: “Bəli, Azər Həşimovu da dəvət etmişik, artıq bizim komandanın üzvüdü. O da bizlə bərabər işləyəcək”.
MÜZƏFFƏR QULUZADƏ






