Rüstəm Nuriyev "Mingəçevir"də - rəsmi

17.07.2025 07:26 24
Ölkə futbolu
“Mingəçevir” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bölgə təmsilçisi müdafiəçi Rüstəm Nuriyevi heyətinə qatıb. Onunla "1+1" illik müqavilə imzalanıb.

Qeyd edək ki, Rüstəm Nuriyevin son klubu "Zaqatala" olub.