“Şamaxı”dan yeni transfer

23.06.2024 21:50 282
Premyer-liqa
“Şamaxı” heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

“Football-plus.az” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda gürcüstanlı yarımmüdafiəçi Georgi Kantariyanı heyətinə qatıb. Kantariya ilə bir illik müqavilə imzalanıb.

27 yaşlı futbolçunun son klubu Livan “Nejmeh”ı olub. O, daha əvvəl Azərbaycanda "Kəpəz" klubunun da formasını geyinib.