"Mingəçevir" yarımmüdafiəçi transfer etdi

29.01.2025 16:29 301
Ölkə futbolu
“Mingəçevir” heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

"Football-plus.az" xəbər verir ki, 1-ci liqa təmsilçisi yarımmüdafiəçi Rövşən Şahmuradovu heyətinə qatıb.

Rövşənlə cari mövsümün sonunadək müqavilə imzalanıb. Onun son klubu "Şəmkir" olub.