Cordan Rezabala "Neftçi"də - rəsmi

15.07.2025 20:25 22
Ölkə futbolu
“Neftçi” daha bir futbolçunu heyətinə qatıb.

"Football-plus.az" xəbər verir ki, paytaxt təmsilçisi Ekvadorlu Cordan Rezabala nı transfer edib. 25 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb.

Ekvadorun “İndependyente” klubunun yetirməsi olan Rezabala vətənindən başqa, Meksika liqasında da çıxış edib. 2024-cü ilin fevralından 2025-ci ilin fevralınadək “Sumqayıt”ın formasını geymiş Rezabala bir müddət "Neftçi"nin baş məşqçisi Samir Abasovun rəhbərliyi altında da oynayıb. Cordan 17, 20 və 23 yaşadək futbolçulardan ibarət Ekvador millisinin şərəfini qoruyub, 2019-cu ildə U-20-nin heyətində Cənubi Amerika çempionu olub.