Murad Xaçayev "Neftçi"də - rəsmi

28.06.2025 18:10 35
Ölkə futbolu
“Neftçi” daha bir futbolçunun keçidini rəsmiləşdirib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bakı klubu Murad Xaçayevi transfer edib. 27 yaşlı müdafiəçi ilə 2 illik müqavilə bağlanıb.

Donetsk “Şaxtyor”unun yetirməsi olan Xaçayevin sonuncu klubu “Sumqayıt” (2019-25) olub. O, Sumqayıt təmsilçisində "Neftçi"nin hazırkı baş məşqçisi Samir Abasovun rəhbərliyi altında da oynayıb. Murad milli komandamızın heyətində 1 oyun keçirib.