“Sumqayıt”ın yeni transferi nə vaxt debüt edəcək?

22.02.2024 16:08 203
Ölkə futbolu
“Sumqayıt”ın ekvadorlu futbolçu Cordan Rezabalanı heyətinə qatacağını xəbər vermişdik.

“Football-plus.az” xəbər verir ki, artıq oyunçunun transferi rəsmiləşib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı ekvadorlu futbolçu artıq “kimyaçılar”ın şərəfini qoruyacaq. Onunla 2024-cü ilin sonunadək anlaşma əldə olunub.

Yeni transferin növbəti turda keçiriləcək “Qarabağ” - “Sumqayıt” matçında iştirak edib-etməyəcəyi barədə məlumat almaq üçün klubun mətbuat xidmətinin rəhbəri Zaur Xudiyevlə danışdıq:

“Bu barədə məşqçilər korpusu qərar verəcək. Əgər düşünsələr ki, hər şey qaydasındadı və fiziki durumu normaldı, əlbəttə ki, oynaya bilər”.

Qeyd edək ki, Ekvadorun “İndependyente” komandasının yetirməsi olan Cordan Rezabala son olaraq həmin ölkənin “Quayakil Siti” klubunda çıxış edib. O, həmçinin 17, 20 və 23 yaşadək futbolçulardan ibarət Ekvador millisinin uğurları üçün çalışıb.

KAMAL SƏFƏR