Braziliyalı hücumçu Neymar dördüncü dəfə atalıq sevincini yaşayıb. Onun həyat yoldaşı Bruna Biankardi sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib. Yeni doğulmuş qıza Mel adı verilib.
"Football-plus.az" xəbər verir ki, təbriklərə qoşulan azarkeşlər və həmkarları "Santos"un A seriyasında "Palmeyras"a qarşı oyunu üçün (13 iyul) yeni doğulan körpənin şərəfinə artıq xüsusi pankart hazırlayıblar.
Ulduz futbolçunun böyük usağı - oğlu Davi Lukka 14 yaşındadı. Onun Mavi və Maevi adlı daha iki qızı var.