Neymarın həyatında növbəti əlamətdar hadisə baş verib.
“Əl-Hilal”ın hücumçusu üçüncü dəfə ata olub. 32 yaşlı braziliyalı bu barədə sosial şəbəkə hesablarında məlumat yayıb. Neymar və model Amanda Kimberlinin Elena adı verilən qız övladı dünyaya gəlib. Ulduz futbolçunun Davi Lukka adlı oğlu və Mevi adlı daha bir qızı da var.
Qeyd edək ki, Neymarın övladlarının hamısı fərqli qadınlardandı: Karolina Dantos Davi Lukkanı, Bruna Biankardi isə Mevini dünyaya gətirib.